Qantz: İrana zərbə endirməyin vaxtıdır

İran rejimi baş qatmaq məsələsində mütəxəssisdir.
Teleqraf xəbər verir ki, bunu İsrailin sabiq müdafiə naziri, Milli Birlik Partiyasının sədri Benni Qantz İsrailin ABŞ Prezidenti Donald Trampın İranın nüvə obyektlərinə zərbə endirmə planını rədd etməsi və diplomatiyanı seçməsi ilə bağlı məlumatı şərh edərkən deyib.
“İsrail dövləti İranın nüvə potensialını aradan qaldırmalı, ona zərbə endirməlidir və bunu edə bilər. Böyük müttəfiqimiz ABŞ ilə sıx əməkdaşlıq edərək, Yaxın Şərqi dəyişməyin vaxtıdır”, - keçmiş nazir vurğulayıb.