Sırrı Süreyya Öndərin son durumu açıqlandı

12 saatlıq ağır əməliyyat keçirən Türkiyə Böyük Millət Məclisinin sədr müavini Sırrı Süreyya Öndərin son durumu açıqlanıb.
Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, ürəyində yaranmış ciddi problemlər üzündən xəstəxanaya yerləşdirilən Sırrı Süreyya Öndərin həkimi Ertan Sağbaş nəticələrin ümidverici olduğunu deyib.
“Bizə ümid verən bir-iki əlamət var. Qan dövranının yaxşılaşdığını görürük. Deyəsən, qanaxma dayanıb. Qızı ona yaxınlaşanda reaksiya verdi. Amma o, nəfəs almağa çalışsa da, ürəyinin sağ tərəfində hələ kifayət qədər fəaliyyət yoxdur. Hazırda ürək və ağciyər funksiyasını yerinə yetirən cihazın köməyi ilə yaşamı davam etdirilir",- deyə həkimi bildirib.
Qeyd edək ki, S.Süreyya həm aorta damarının yırtılması, həm də ürək dayanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.