Erməni zabitin vəkil nəvəsi Türkiyə vətəndaşı oldu

Osmanlı ordusunun erməni zabiti və memar Miqran Mesropyanın nəvəsi, amerikalı vəkil Qlenn Frederik Matheson Türkiyə Respublikasının vətəndaşlığını alıb.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, bu işə hakim Ədalət və İnkişaf Partiyasının Qaziantep millət vəkili Əli Şahin yardım edib.
“Onun Türkiyə vətəndaşlığını əldə etməsində rol oynadığım üçün qürur duyuram”, - Əli Şahin vurğulayıb.
Qlenn Sultan Muradın şərəfinə “Murad” adını götürüb.
Qeyd edilib ki, 1889-cu ildə doğulan Miqran Mesropyan 1909-cu ildə İzmirə baş memar təyin edilib, daha sonra isə İstanbulda sarayın baş memarı olub.
1921-ci ildə ABŞ-a köçüb, Vaşinqtonda məskunlaşıb və burada da memarlıq edib.