Trampa ad günü hədiyyəsi: Parad keçiriləcək

ABŞ Prezidenti Donald Tramp administrasiyası iyunun 14-də Vaşinqtonda hərbi parad keçirməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Hill” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, parad Amerika quru qoşun qüvvələrinin 250 illiyinə və Trampın doğum gününə təsadüf edəcək. İyunun 14-də onun 79 yaşı tamam olacaq.
Qeyd edək ki, Tramp hələ ilk prezidentliyi dövründə hərbi parad təşkil etmək istəyini ifadə etsə də, sonradan bu, müəyyən səbəblərdən baş tutmamışdı.