Bia.Az

Dəhşətli zəlzələ 6 ölkəni silkələdi: binalar çökdü, ölü sayı kəskin artdı – VİDEO

Dünya
 29-03-2025, 02:04     707

Myanmada baş verən zəlzələdən sonra Tailandda 50 afterşok qeydə alınıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Tailand Zəlzələ Müşahidə Bürosu məlumat yayıb.

Qeyd edilib ki, sonuncu afterşok 4,9 bal gücündə olub.

***

Myanmada zəlzələ nəticəsində həlak olanların sayı 144 nəfərə çatıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Kyodo News” agentliyi məlumat yayıb.

Həmçinin 732 nəfər yaralanıb.

***

“Nyus18” portalının məlumatına görə, zəlzələ nəticəsində 59 nəfər həlak olub, 250 nəfər yaralanıb.

Banqkokda fövqəladə vəziyyət elan edilib.

***

Güclü zəlzələ nəticəsində Myanmada monastır və məscid uçub.

Globalinfo.az xəbər verir ki, ölkə mediası azı 20 nəfərin öldüyünü yazıb.

Məlumata görə, ölənlərin arasında uşaqlar da var.

***

“Xinhua” agentliyinin məlumatına görə, artıq zəlzələ nəticəsində bir nəfərin meyiti tapılıb.

İtkin düşən 43 nəfərin axtarışları davam edir.

***
Zəlzələnin ən çox Tailandın paytaxtı Banqkoka zərər vurduğu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Röyter” yazıb.

Hadisə şahidləri bir neçə binanın dağıldığını bildiriblər.

Məlumata görə, zəlzələ nəticəsində tikilməkdə olan 30 mərtəbəli bina uçub, 50-yə yaxın işçi dağıntı altında qalıb.

***11:00

Myanmada 7,7 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın Yer Elmləri Tədqiqat Mərkəzi məlumat yayıb.

Zəlzələnin Çin, Banqladeş, Laos, Hindistan və Tailandda da hiss edildiyi bildirilib.скачать dle 12.1