Bia.Az

Zelenski Rusiya ilə danışıqlara hazırdır, lakin…

Dünya
 29-03-2025, 01:54     686

Zelenski Putinlə deyil, Rusiya ilə danışıqlara hazır olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, Ukrayna Prezidenti bu barədə sosial media hesabında paylaşım edib.

O, danışıqlara açıq olduğunu, lakin bu müzakirələrin Rusiya Prezidenti Vladimir Putinlə deyil, ölkəni təmsil edən başqa şəxslərlə aparıla biləcəyini bildirib.

“Fikrimcə, biz Putinlə deyil, Rusiyanı təmsil edən biri ilə danışmağa razı olarıq. Orada bizneslər var, ciddi biznes sahələrinin də mövcud olduğu fərqli regionlar var. Əgər onların müharibəni bitirməyə dair baxışları varsa, biz onlarla ünsiyyət qura bilərik”, – deyə Zelenski vurğulayıb.скачать dle 12.1