Bia.Az

Putin oruc tutur? – Kremldən CAVAB

Dünya
 6-03-2025, 16:06     371

Martın 3-dən etibarən xristianların məşhur Pasxa bayramı öncəsi 40 günlük “Böyük oruc” ayı başlayıb. Kremlin sözçüsü Dmitri Peskov martın 6-da keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinin bu müddətdə oruc tutub-tutmaması ilə bağlı sualı cavablandırıb. 

Globalinfo.az xəbər verir ki, Peskov bu məsələnin hər bir xristian üçün müqəddəs olduğunu bildirib.

“Biz bu suala cavab verib-verməmək barədə düşündük. Lakin mövzu o qədər müqəddəs və xüsusidir ki, ictimai müzakirə obyekti olmamalıdır”, – Kremlin sözçüsü deyib.

Qeyd edək ki, bu il Pasxa bayramı aprelin 20-nə təsadüf edir. “Böyük oruc” müddəti xristianların Pasxa öncəsi mənəvi, psixoloji və fiziki hazırlığı kimi dəyərləndirilir.скачать dle 12.1