Bia.Az

Makron xalqa müraciət etdi: Onları Parisə toplayacağam…

Dünya
 6-03-2025, 00:46     482

Fransa Ukraynaya qoşun göndərmək barədə müzakirələr üçün müxtəlif dövlətlərin qərargah rəislərini bir araya toplayacaq.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində deyib.

“Fransa müxtəlif ölkələrin qərargah rəislərinin görüşünü təşkil edəcək. Məqsəd Kiyev rejimini dəstəkləmək və Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi potensialını müzakirə etməkdir”, – Makron bildirib.

Fransa Prezidenti Rusiyanın sözünə güvənmədiyini və Ukraynanın gələcəyi üçün təhlükəsizlik zəmanətinin önəmini qeyd edib. Onun sözlərinə görə, Ukraynaya yerləşdiriləcək qoşunun missiyası cəbhə xəttində döyüşmək yox, sülh müqaviləsi imzalandıqdan sonra onun icrasına nəzarət etmək olacaq.

“Gələn həftə biz bu məsələdə məsuliyyət daşımağa hazır ölkələrin qərargah rəislərini Parisdə toplayacağıq”, – Fransa Prezidenti əlavə edib.скачать dle 12.1