Mitterandan 30 il öncə Kuçmaya tarixi sözlər: “Bir az əvvəl sizi aldatdılar”

SSRI dağılanda Ukraynanın 1900 nüvə başlığı vardı. Yəni ABŞ və Rusiyadan sonra Ukrayna üçüncü ən böyük nüvə dövləti idi.
Ancaq 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukrayna Nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşuldu. Rusiya, ABŞ, Böyük Britaniya, Çin və Fransa isə bu sənədə imza atdı.
Ukrayna Respublikasının 2-ci Prezidenti Leonid Kuçma (19 iyul 1994 – 23 yanvar 2005) həmin sənədə imza atdı. 1981–1995-ci illərdə Fransa Respublikasının Prezidenti olmuş Fransua Mitteran imzalanma mərasimindən dərhal sonra Leonid Kuçmaya yaxınlaşır və tarixə yazılan bir söz deyir: “Cavan oğlan, sizə elə gəlmir ki, bir az əvvəl sizi aldatdılar”…
Leonid Kuçma o vaxt nüvə silahını Rusiyaya verməsə idi, Putin Ukraynaya hücum etməyə özündə cəsarət tapmazdı. Siyasətdə belə səhvlərin bədəli fəlakət olur. Rusiya Krımı işğal edəndə Leonid Kuçma səhv etdiyinin fərqinə vardı. Onda isə çox geç idi..
Elbəyi Həsənli, Sürix