Bia.Az

Makrondan sensasion bəyanat: ABŞ gedir, hazırlaşın!

Dünya
 6-03-2025, 00:24     482

Fransa ABŞ-ın artıq onun tərəfində olmayacağına hazır olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Fransa lideri Emmanuel Makron bu gün xalqa müraciətində deyib.

“Nüvə mühafizəsi olduqca mühümdür. Fransa 1964-cü ildən bəri nüvə mühafizəsini qoruyub saxlayır. Və nüvə mühafizəsi bütün avropalı müttəfiqlərimizə şamil edilməlidir”, - o bildirib.

Makron regionu “yenidən sənayeləşdirmək” üçün Avropanı müdafiə xərclərini artırmağa çağırıb:

“Avropa özünü daha yaxşı müdafiə edə bilməlidir. Biz özümüzü daha çox silahlandırmalıyıq. Dünya yeni dövrə qədəm qoyur. Tarixi hadisələr dünya düzənini sarsıdır, çünki ABŞ-ın Ukraynaya dəstəyi şübhə doğurur, hətta ABŞ müttəfiqlərinə tariflər tətbiq etməyə çalışır”.скачать dle 12.1