Bia.Az

Pezeşkian İsrailə hücumdan sonra niyə təcili Qətərə getdi?

Dünya
 3-10-2024, 00:55     585

İran prezidenti Məsud Pezeşkian İsrailə hücumdan dərhal sonra Qətərə səfər edib.

Globalinfo.az xəbər verir ki, səfər ərəfəsində Qətər hakimiyyəti İran prezidentinin gedəcəyi marşrutlarda təhlükəsizlik tədbirlərini gücləndirib.

Qətərin “Əl-Cəzirə” telekanalı xəbər verir ki, Pezeşkian hava məkanının bağlı olmasına rəğmən prezident kimi ilk səfərini qonşu Qətərə edib.
İran lideri Qətər əmiri Təmim bin Əl Tani ilə danışıqlar aparacaq və Asiya Əməkdaşlıq Dialoq Təşkilatının Üçüncü Sammitinin açılışında iştirak edəcək. Hazırda bu təşkilata sədrlik İrandır.

Qətər və İranın Qəzza zolağında fələstinlilərə dəstək də daxil olmaqla güclü dostluq əlaqələri var. Bundan əlavə, onlar Qətərin şimalında yerləşən dünyanın ən böyük təbii qaz yatağından da istifadə edirlər.скачать dle 12.1