Bia.Az

Ukraynada istefa dalğası: Onlar da ərizə yazdı

Dünya
 4-09-2024, 02:01     321

Ukraynada 3 nazir və 1 fond rəhbəri istefa verib.

Axar.az xəbər verir ki, ölkənin strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval vəzifələrindən ayrılmaq istədiklərini bəyan ediblər.

Ərizələr Ali Rada tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

***

Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk və baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina da istefa ərizələrini təqdim ediblər.скачать dle 12.1