Seçkidən sonra Moskva-Vaşinqton münasibətləri necə olacaq? – Putin açıqladı

“ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsi Rusiyanı maraqlandırmır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı deyib.
O bildirib ki, ABŞ-da keçirilən seçkilərdən sonra Vaşinqtonla Moskvanın münasibətlərində ciddi heç nə olmayacaq.
“ABŞ prezident seçkilərində kimin qalib gəlməsi Rusiyanı maraqlandırmır. Çünki fakt budur ki, cənab Tramp da prezident kimi Rusiya Federasiyasına qarşı kütləvi sanksiyalar tətbiq etməyə başlayıb”, – Putin vurğulayıb.