Bia.Az

Yeni müharibəyə imkan verməməliyik – Paşinyan sükutu pozdu

Dünya
 19-03-2024, 01:10     299

“Biz görürük ki, Bağanisdən (Bağanis Ayrım) Berkaberə (Bibiş) qədər olan ərazidə dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinə başlamaq üçün real imkan var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, yeni müharibəyə imkan verməmək üçün Ermənistan sərhədini tənzimləmək lazımdır.

“Bizim siyasətimiz ondan ibarətdir ki, müharibəyə imkan verməməliyik. Ona görə də qərara gəldik ki, bu ərazidə Ermənistan sərhədini tənzimləyək. Biz bunu təkcə Ermənistana görə yox, həm də Voskepar (Əskipara) və Kirants (Güney) kəndlərinin təhlükəsizliyini təmin etmək üçün edirik”, – Paşinyan vurğulayıb.скачать dle 12.1