Turqut Özal və Ekmələddin İhsanoğlu ailələri MƏHKƏMƏLİK OLDU
Türkiyənin sabiq prezidenti Turqut Özalın qızı Şerife Zeynep Özal keçmiş millət vəkili Ekmələddin İhsanoğlunun oğlu Osman Toğrul İhsanoğlundan şikayət edib.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, Şerife Zeynep Özal Osman Toğrul İhsanoğlunun Sarıyerdə yaşadıqları binada münaqişə yaradaraq onları narahat etdiyini iddia edib.
İddialara görə, səhhətində ciddi problemləri olan Osman Toğrul İhsanoğlu yaşadığı Sarıyerdə qonşularının əmin-amanlığını pozub. Həmin binada yaşayan Şerife Zeynep Özal İhsanoğlundan şikayət edib.
Müraciətdə Toğrul İhsanoğlunun lazımi müalicənin aparılması üçün xəstəxanaya köçürülməsi xahiş edilib.