Bia.Az

SARQSYANIN “QIZDIRMASI QALXIB” - Qarabağın müstəqilliyini tanımaqdan dəm vurub

Dünya
 20-08-2020, 10:31     674

Qarabağ münaqişəsi zonasında genişmiqyaslı müharibə başlanacağı təqdirdə, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımağa borcludur.

Bu barədə avqustun 19-da Yerevanda keçirilən mətbuat konfransında Ermənistanın eks-prezidenti Serj Saqsyan bəyan edib.

VERELQ informasiya-analitik agentliyin müxbirinin «Nə üçün Ermənistanın ali rəhbərliyinin Azərbaycanın təcavüzü baş verərsə, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı barədə 4 günlük müharibədən əvvəl dediyini Sarqsyan etməyib» - sualına cavab olraq, Serjik bəyan edib ki, əgər 2016-cı ilin aprelində döyüşlər uzanardısa, o, mütləq Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqmış. «Ancaq o zaman bizim ordumuz Azərbaycan silahlı qüvvələrinin hücumunun qarşısını aldığı halda, əlavə gərginlik bizim gələcək diplomatik qələbələrimizə mane olardı. Belə qələbələrin olmasına isə şübhə ola bilməz» - deyə, “kərtənkələgöz” gözünün içinə qədər yalan danışıb.

 Onun yalan püskürməsini isə Azərbaycan Prezidentinin bu yaxınlarda səsləndirdiyi «tanıya bilirsinizsə, elə indi tanıyın - tanıya bilmirsiniz, çünki qorxursunuz» çağırışı açıq şəkildə sübut edir.

«Əgər geniş miqyaslı müharibə olarsa, Ermənistan respublikası (xunta! - M.A.) Arsaxı tanımağa borcludur» - deyə, Serjik riyakarlığını davam etdirib.

Serjikin sayıqlaması göstərir ki, bu zavallı məxluqun sadəcə, qızdırması qalxıb və gərəkdir ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov onun qızdırmasını aşağı salmaq üçün zəruri tədbirləri görsün...

BİA.az
скачать dle 12.1