Bia.Az

Rusiyadan İrəvana çağırış: Gəlin, müzakirə edək!

Dünya
 8-02-2024, 13:54     125

“Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı vəziyyəti müzakirə etməyə çağırır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

XİN rəmisi Moskvanın Ermənistana KTMT ilə dialoq təklif etdiyini bildirib:

“Biz hamımız KTMT-nin fəaliyyətinin və hərbi-siyasi birlik kimi səmərəliliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. Təəssüf ki, erməni müttəfiqlərimiz bu gün təşkilatdan uzaqlaşıblar. İrəvandakı həmkarlarımızı təşkilatı tənqid etmək əvəzinə siyasi və ekspertlər səviyyəsində aktual məsələləri müzakirə etməyə çağırırıq.

KTMT çərçivəsində Ermənistanla qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsi İrəvanın təhlükəsizlik maraqlarına cavab verir. Bu təşkilat Avrasiya məkanında, o cümlədən Cənubi Qafqazda sülh və sabitliyin qorunmasına xidmət edir”.скачать dle 12.1