Bia.Az

Erməni postlarına gedən yollar bağlandı, yemək və su qıtlğı başlayıb... - “Bir erməni əsgəri sağ qalmayacaq”

Dünya
 8-02-2024, 10:46     114

Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən mövqelərində acınacaqlı vəziyyət yaşanır. JAMAZ.İNFO xəbər verir ki, “Hraparak” qəzeti bununla bağlı həm xəbər, həm də video paylaşıb.

Qəzet yazır ki, yüksək dağlııq ərazilərdə yerlərdə xidmət edən erməni əsgərlərinin nə yeməyi, nə də suyu var. “Buna səbəb son günlər yağan güclü qarın bütün yolları bağlamasıdır. Ermənistan Müdafiə Nazirliyi isə yolu açmaq üçün traktor tapa bilmir. Özünün isə yol açmaq üçün traktoru belə yoxdur”.

Erməni nəşri qeyd edir ki, hərbçilərin yanacaq problemi olmasa da, yemək və su sarıdan ciddi əziyyət çəkirlər. “Yanacağı yayda topladıqlarından problem yoxdur. Amma yeməyə yalnız ət konservləri qalıb. Onun da bitmə ehtimalı çoxdur”.

“Hraparak” daha sonra yazır ki, acınacaqlı hal odur ki, əgər əsgər xəstələnsə və ya xəsarət alsa, onu mövqeyindən çıxarıb, hospitala çatdırmaq mümkün olmayacaq.

Qəzet başaq bir məsələyə də toxunub. “Əgər Azərbaycan tərəfi hücum etsə, bütün mövqelərimiz çox ciddi fəlakətlə üzləşəcəklər. Yollar 100 faiz bağlı, 100 faiz qarla örtüldüyü üçün heç bir təchizat gələ bilməz, heç bir kömək ora çata bilməz və onların açılmasına günlər keçəcək. Həmin günlərdə xidmətdə olan hərbçilərdən heç kim sağ qalmayacaq”.
скачать dle 12.1