Bia.Az

Dünyanın " Ən çirkin qadını" yarışmasında bir Ana...

Dünya
 8-02-2024, 10:44     122

İyirminci əsrin başlanğıcı dörd uşaq anası digər yarışmaçılarla birgə yarışmaya qatılmışdı.Kimisi şişman,kimisi çirkin,kimisi qısa boylu bir çox qadın bu yarışmaya böyük mükafat olan pulu qazanmaq üçün qatılmışdı.İzləyicilər qəhqəhələrlə səhnədəki qadınlara baxıb gülürdülər.
Ana çox utandı.Başını aşağı əydi.Oranı tərk edib, çıxıb getmək istəyəndə evdəki ac uşaqları ağlına gəldi.Bu yarışmadan alacağı pul ona çox lazım idi.Əri öləndən sonra ailənin maddi vəziyyəti çox pisləşmişdi.


Alçaldıcı sözlərə və qəhqəhələrə rəğmən səhnədə qalmağa davam etdi.


"Hər şey uşaqlarım üçün"- dedi ürəyində və gözlərini yumdu.Əvvəlki halını,xəstələnmədən öncəki halını xatırladı.
Necə də gözəl bir qadın idi...


Ta ki,iyirmi doqquz yaşında başlayan miqren,əzələ və oynaq ağrılarına qədər.Doktorlar əvvəlcə xəstəliyinin nə olduğunu bilmədilər.Sonra xəstəliyin "Akromeqali" xəstəliyi olduğu anlaşıldı.Bu xəstəlik qadının üz şəklini dəyişdirmiş,tanınmaz hala gətirmişdi.Qadın bu xəstəliklə savaşarkən, bir yandan da əri dünyasını dəyişmiş,dörd uşaqla tənha qalmışdı...


Ana bunları düşünərkən birdən alqış səslərini eşidib gözlərini açdı.O, "Dünyanın ən çirkin qadını"yarışmasında birinci olmuşdu.Mükafatı alarkən gözlərindən bir damla yaş qəlbinə axdı.Artıq O, uşaqları üçün "Dünyanın ən çirkin qadını" idi...
Görünüşünə görə heç bir yerdə işə götürülməyən Ana o gündən sonra sirklərdə işləməyə başladı.İnsanların təhqir etdiyi,gülüb-əyləndiyi bir Ana idi artıq...


Heç kim onun bu Ana tərəfini görmədi.Çünki,insanların əylənməyə,başqalarını kiçildərək öz eqolarını yüksəltməyə ehtiyacları vardı...


Fədakar Ana 59 yaşında vəfat etdi və ömrünün axırınadək balaları üçün sirklərdə "Dünyanın ən çirkin qadını" titulu ilə çalışdı.Tək istəyi balalarının heçkimə möhtac olmaması idi.
ƏSLİNDƏ O DÜNYANIN ƏN GÖZƏL ANASI İDİ...

Elçin Həsənzadə - dia-az.info
скачать dle 12.1