Bia.Az

İsraildən ukraynalı qaçqınlarla bağlı mühüm qərar

Dünya
 8-02-2024, 00:56     160

Məhkəmə Ukraynadan olan qaçqınların İsraildə işləmək hüququnu tanıyan vizanın verilməsi ilə bağlı qərar qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Təl-Əviv Dairə Məhkəməsinin hakimi Mişal Agmon-Gonen bildirib.

O, qərarın bir ay ərzində həyata keçirilməli olduğunu diqqətə catdirib.

Məhkəmənin qərarına əsasən İsrail Daxili İşlər Nazirliyinin Əhalinin Qeydiyyatı və Miqrasiya İdarəsi İsrail ərazisində olan bütün ukraynalı qaçqınlara “2(a)(5)” tipli viza verməlidir.

Qəzetin yazdığına görə, İsrail hakimiyyəti Ukraynadan olan qaçqınların hüquqları ilə bağlı siyasət formalaşdırmağa iki il öncə başlayıb, lakin bunu həyata keçirməyib.

Hakim qeyd edir ki, “2(a)(5)” tipli viza sığınacaq axtaran şəxslərə verilir. Bu vizanı alan şəxslər işləmək, səhiyyə xidmətindən yararlanmaq, təhsil almaq və sosial təminat hüququ əldə etmək statusuna malikdir.скачать dle 12.1