Bia.Az

Kanye Uest boykot edilir

Dünya
 8-02-2024, 00:54     158

Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uest konsert məkanları tərəfindən boykot edildiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında məlumat yayıb. O, bir ilə yaxındır məkanlarda ona şou keçirməyə icazə verilmədiyini bildirib.

Reper pərəstişkarlarına bunun 2022-ci ilin sonunda onun iştirakı ilə baş verən antisemit qalmaqalı ilə bağlı olduğuna işarə edib.

Kanye eyni zamanda bütün aidiyyəti şəxslərə müraciət edərək, konsertlərin təşkilində ona köməklik göstərilməsini xahiş edib.скачать dle 12.1