Bia.Az

İsrail ABŞ-da hakimiyyəti dəyişir – Təl-Əviv namizədini elan etdi

Dünya
 6-02-2024, 01:04     181

ABŞ prezidenti Bayden ilə Təl-Əviv administrasiyası arasında fikir ayrılığının yarandığı məlumdur. Buna səbəb isə ABŞ-ın Qəzza bölgəsinə humanitar yardım göndərilməsi məsələsində İsrailə təzyiq etməsidir.

Globalinfo.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, ABŞ prezidenti Co Bayden Təl-Əviv rəhbərliyinə qarşı təzyiqlərdən əl çəkməlidir.

ABŞ administrasiyasının İsrail üçün əhəmiyyətli olduğunu deyən Ben-Qvir, rəsmi Təl-Əvivin Vaşinqtonla işləmək tərzini dəyişməli olduğunu bildirib:

“ABŞ bizim müttəfiqimiz və dostumuzdur. Lakin Bayden administrasiyası “HƏMAS” a göndərilən yanacaq və humanitar yardım məsələsində bizə təzyiq göstərməyi dayandırmalıdır. Bayden administrasiyası İsrailin apardığı müharibəyə zərər verir. Bayden İsrailə tam dəstək vermək əvəzinə, Qəzzaya yanacaq və humanitar yardım göndərməklə məşğuldur. Əgər Tramp hakimiyyətdə qalsaydı, ABŞ-ın münasibəti tamamilə fərqli olardı”.
Ben-Qvir ABŞ-da keçiriləcək seçkilərlə bağlı da fikir səsləndirib. O, “Wall Street Journal”a verdiyi müsahibəsində bildirib ki, Donald Tramp yenidən prezident olsa, “HƏMAS”ı məhv etmək üçün İsrailə daha çox azadlıq verəcəkскачать dle 12.1