Bia.Az

Budanov: "Qəzaya uğrayan "İl-76" təyyarəsində ukraynalı məhbusların olmasına dair etibarlı məlumat yoxdur"

Dünya
 27-01-2024, 13:17     147

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya Federasiyasının Belqorod yaxınlığında qəzaya uğrayan "İl-76" təyyarəsində 65 ukraynalı əsir ola biləcəyi ilə bağlı açıqlamalarına münasibət bildirib. Onun sözlərinə görə, bu versiya çoxlu suallar doğurur.


Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatının rəisi əsir düşmüş müdafiəçilərin qohumları ilə görüşü zamanı bildirib.

Görüşün əsas mövzusu yanvarın 24-də Belqorod vilayətində Rusiyaya məxsus "İl-76M" hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyət olub. Budanov vurğulayıb ki, hazırda sözügedən təyyarənin göyərtəsində kimin ola biləcəyi barədə etibarlı və hərtərəfli məlumat yoxdur.
“Biz bir çox mənbələrdən bu məsələ ilə bağlı bütün mövcud məlumatları toplayırıq və diqqətlə təhlil edirik. Həmin təyyarədə bu qədər insanın ola biləcəyinə dair heç bir məlumat yoxdur. Eyni zamanda, Rusiyanın sözügedən "İl-76M"nin 65 ukraynalı hərbi əsiri mübadilə üçün daşıya biləcəyinə dair təbliğat versiyası hələ də çoxlu suallar yaradır”, - deyə Budanov qeyd edib.

Lakin Ukrayna Təhlükəsizlik Xidməti sədrinin birinci müavini Sergey Andruşşenko əlavə edib ki, ruslar qəzanın əsl səbəblərini dünya ictimaiyyətindən gizlətməyə çalışırlar. Xüsusilə də işğalçılar beynəlxalq ekspertlərə "İl-76M"in qəzasını araşdırmaqdan imtina edirlər. Bütün məlumatları toplamaq üçün daha çox vaxt lazımdır.

Yanvarın 24-də Rusiyanın Belqorod vilayətində "İl-76" hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya təyyarədə 65 hərbi əsir, altı rusiyalı ekipaj üzvü və üç rus hərbçisinin olduğunu iddia edib. Ukrayna tərəfi təyyarədə hərbi əsirlərin olduğunu təsdiqləməyib. Ukrayna Müdafiə Nazirliyi də təyyarənin qəzaya uğramasının səbəbinin Ukrayna Silahlı Qüvvələrinin hücumu olub-olmamasını hələlik təsdiq edə bilmir.

Bu gün, yanvarın 26-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov vurğulayıb ki, yanvarın 24-də pozulan əsir mübadiləsi genişmiqyaslı müharibə zamanı ən böyük əsir dəyişdirilməsi proseslərindən biri olmalı idi.

O, həmçinin qeyd edib ki, Rusiya yanvarın 24-də baş tutmayan mübadilədə ukraynalı məhbuslar haqqında məlumatı Qırmızı Xaç Cəmiyyətinə təqdim etməyib.скачать dle 12.1