Bia.Az

Dünya nüvə müharibəsinə hazırlaşır – Putini gözləyən əsas risk

Dünya
 25-01-2024, 19:06     137

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (IISS) son hesabatına görə, Rusiyanın Ukraynada ağır itkilər verməsi o deməkdir ki, Kreml NATO-nun qarşısını almaq və məğlub etmək üçün nüvə silahına əl ata bilər. Hesabatda Qərb artan nüvə təhlükəsinə qarşı hərəkətə keçməli olduğu vurğulanır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, nüvə silahından istifadə ehtimalı var:

“Böyük yazıçı Anton Çexovun məşhur fikri var: “Əgər tamaşanın əvvəlində səhnədə tüfəng asılıbsa, o sonda mütləq atəş açmalıdır”. Yəni nüvə silahı varsa, gec-tez istifadə olunacaq. Rusiyanın da nüvə silahından istifadə etmə ehtimalı yüksəkdir. Müharibənin uzanması və Ukraynaya yardımların davam etməsi fonunda Rusiya iqtisadiyyatı və hərbi maşını dünya iqtisadiyyatı və hərbi maşınına qarşı uzun müddət tab gətirə bilməyəcək. Bu səbəbdən Rusiya Prezidenti Vladimir Putin və digər rəsmilər tez-tez nüvə silahından istifadə ediləcəyi ilə bağlı fikirlər səsləndirirlər”.

Politoloq bildirib ki, hakimiyyət daxilində Putinin fikirlərini dəstəkləməyənlər də var:

“Dünyanın aparıcı dövlətlərinin yüksək səviyyəli xarici kəşfiyyat qüvvələri var. Onların Rusiya hakimiyyəti daxilində müəyyən qruplaşmalar yaratması da istisna deyil. Həmin qruplaşmalar vəziyyət nəzarətdən çıxdığı halda Rusiyada çevriliş edə bilərlər, lakin bu hələ real görünmür”.

Vəli Əlibəyovun sözlərinə görə, gündən-günə aktuallaşan nüvə təhlükəsi yalnız Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyil:

“Dünyanın hər yerində çalxalanmalar baş verir. Yeni geosiyasi düzən formalaşır. Bu fonda hər dövlət daha çox uğur qazanmaq istəyir. Yeni düzənə görə, bugünkü böyük ölkələrin parçalanıb kiçik dövlətlərə çevrilməsi də gözləniləndir. Məhvolma təhlükəsi ilə qarşı-qarşıya olan bəzi ölkələrin də əlində nüvə silahı var. Bu silahlardan istifadə edilməsi ehtimalı 50 faizdən çoxdur. Təəssüf ki, dünya bu nöqtəyə gəlib çatıb”.скачать dle 12.1