Bia.Az

ABŞ Yəmənə yeni zərbə endirib

Dünya
 24-01-2024, 11:46     108

ABŞ Yəmənə yeni zərbə endirib və Husilərin nəzarətində olan ərazilərdə iki ballistik raketi məhv edib.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“Yanvarın 24-də Səna vaxtı ilə təxminən saat 02:30-da ABŞ Mərkəzi Komandanlığı qüvvələri Husilərə məxsus iki gəmi əleyhinə raketlə hücum edib”, - deyə bəyanatda qeyd edilir. Bu barədə məlumat ABŞ Mərkəzi Komandanlığının "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Qeyd edildiyi kimi, Birləşmiş Ştatlar Husilərin "mülki və hərbi gəmiləri üçün qaçılmaz təhlükə yaratdığını müəyyən edib".

Bəyanatda ABŞ qüvvələrinin özünümüdafiə məqsədi ilə raketləri vuraraq məhv etdiyi qeyd edilib.скачать dle 12.1