Bia.Az

İsrail hesab edir ki, ayrıca Fələstin dövləti bu ölkə üçün təhlükə yaradacaq

Dünya
 20-01-2024, 22:37     285

2024-cü ilin əvvəlinə qədər İsrail Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışmış İsrailin energetika naziri Eli Koen fələstinlilər üçün tam hüquqlu müstəqil dövlət yaratmaq imkanını qəti şəkildə rədd edib. Onun fikrincə, belə bir addım “terrorun mükafatı” olacaq və yəhudi dövləti üçün daimi təhlükə yaradacaq.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "X" (keçmiş "Twitter") sosial şəbəkə hesabında yazıb.

“Fələstin dövlətinin yaradılması terrorizmin mükafatıdır və İsrail dövləti üçün təhlükədir. Bu, yəhudilərin öldürülməsinə təkan verəcək və İranın şər oxuna dəstək olacaq”, - deyə o qeyd edib.

1947-ci ildə BMT Baş Assambleyası Fələstin-İsrail nizamlanmasının əsas sənədlərindən birini - Fələstinin bölünməsi haqqında qətnaməni qəbul edib. Sənəd Fələstində iki müstəqil dövlətin - ərəb və yəhudi dövlətinin yaradılmasını nəzərdə tuturdu, həmçinin Qüds üçün xüsusi beynəlxalq status müəyyən edimişdi. Yəhudi dövləti - İsrail 1948-ci ilin mayında elan edilib, lakin Fələstin ərazilərində hələ də tam hüquqlu ərəb dövləti yaradılmayıb.скачать dle 12.1