Bia.Az

Ermənistanda hərbçisi itkin düşüb

Dünya
 14-01-2024, 01:26     372

Döyüş mövqeyindən daimi dislokasiya yerinə qayıdan Ermənistan Silahlı Qüvvələrinin hərbçisi ilə əlaqə kəsilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

"Yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya məntəqəsinə gedən yolda hərbi qulluqçu B.M. ilə əlaqə kəsilib.

 Başlanmış axtarışlar qar tufanı və dumana baxmayaraq davam edir", - deyə mesajda qeyd edilir.

Nazirlik bildirir ki, hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür.скачать dle 12.1