Bia.Az

ABŞ: Biz İranla münaqişəni böyütmək istəmirik

Dünya
 13-01-2024, 12:59     186

ABŞ administrasiyası Yəməndə husilərə aid bəzi hədəfləri bombaladıqdan sonra "İranla münaqişə istəmədiyini" açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Amerikanın "MSNBC" kanalında Yəmənə qarşı son hücumu dəyərləndirib.

Kirbi İranın Qırmızı dənizdə hücumlarını davam etdirən husilərə dəstək verdiyini hər kəsin bildiyini və Tehranın bu dəstəyi dayandırmasının lazım olduğunu bildirib.

“Biz gərginliyi artırmaq istəmirik, son bir neçə gündə husilərlə baş verənlərdən kənar bölgədə gərginliyi artırmağa heç bir səbəb yoxdur. Gərginliyin artmasında maraqlı olan tərəflər münaqişəni daha da genişləndirməyə çalışırlar. Biz İranla münaqişəni böyütmək istəmirik”, - deyən Kirbi, Qırmızı dənizdəki gəmi trafikinin normala dönməsini arzuladıqlarını bildirib.

ABŞ prezidenti Co Bayden dünən verdiyi açıqlamada Amerika və İngiltərə ordularının Qırmızı dənizdəki hücumlarına cavab olaraq Yəməndəki husilərə aid bəzi hədəfləri vurduğunu açıqlayıb. Hücumların husilərin Qırmızı dənizdəki hərəkətlərinə birbaşa cavab olduğunu ifadə edən Bayden, sonuncunun yanvarın 9-da baş verən və Husilərin birbaşa Amerika gəmilərini hədəf aldığı bir sıra hücumlara beynəlxalq koalisiya ilə cavab verdiklərini qeyd etdi.

İranın dəstəklədiyi Yəməndəki husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq oktyabrın 31-dən etibarən Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını iddia edilən ticarət gəmilərini ələ keçirməyə, bəzilərinə pilotsuz təyyarələr və raketlərlə hücum etməyə başlayıblar. ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ dekabrın 18-də qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğu əsası ilə bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi" adlı çoxmillətli "dəniz işçi qrupu" yaradıldığını açıqlayıb. Dekabrın 31-də Qırmızı dənizdə İsrailə aid gəmini ələ keçirməyə çalışan husilərə məxsus üç sürətli qayıq ABŞ helikopterləri tərəfindən atəşə tutulub.

Husilər yanvarın 10-da bir ABŞ gəmisinin İsraili dəstəklədiyi səbəbilə Qırmızı dənizdə raket və kamikadze dronlarla hədəf alındığını bildirib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) husilərin Qırmızı dənizdəki hücumlarının dərhal dayandırılmasını tələb edən ABŞ və Yaponiyanın yanvarın 11-də təqdim etdiyi qətnamə layihəsini qəbul edib. Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.скачать dle 12.1