Bia.Az

İran husiləri gəmilərə hücumu dayandırmağa məcbur etməlidir - Britaniya

Dünya
 13-01-2024, 11:36     197

Dünyanın Qırmızı dənizdəki vəziyyətlə bağlı səbri tükəndiyi üçün İran Yəməndəki husi üsyançılarını ticarət gəmilərinə hücumunu dayandırmağa məcbur etməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.

“Siz Husiləri və bütün digər əlaltılarınızı – burada bariz nümunə Hizbullah, İraq və Suriyadakı müəyyən qüvvələrdir – onların etdiklərini dayandırmağa məcbur etməlisiniz və gələcəkdə bunu etməkdən çəkinin, çünki bizim və bütün dünyanın səbrimiz tükənir”, - deyə Şapps İran rəhbərliyinə nə çatdırmaq istədiyi sualına cavab verib. "Biz sizin vasitənizlə nələr baş verdiyini və sizin şəxsən nə etdiyinizi görürük. Bunu necə etdiyinizi görürük, xüsusən də husilərə gəldikdə və bunun sonu yaxşı olmayacaq", - deyə o əlavə edib.

Qəzetin qeyd etdiyi kimi, nazir bunu cümə axşamı günortadan sonra - hətta ABŞ-la Böyük Britaniyanın Səna və Hudeyda da daxil olmaqla, Yəmənin bir sıra şəhərlərində husilərin hədəflərinə zərbələr endirməmişdən əvvəl deyib.скачать dle 12.1