Bia.Az

Cənubi Afrikanın Vyanadakı daimi nümayəndəsi: "İsrail Qəzzada atəşi dayandırmalıdır"

Dünya
 13-01-2024, 11:33     197

İsrailin birinci prioriteti hərbi əməliyyatları dayandırmaq və Qəzza sakinlərinin su, qida və humanitar yardıma çıxışını təmin etməkdir.


Bizimyol.info xəbər verir ki, bunu Rusiya mətbuatına Cənubi Afrika Respublikasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rapulan Sidney Molekane deyib.

“İsrail dövləti Qəzzada və Fələstinə qarşı bütün hərbi əməliyyatlarını dərhal dayandırmalıdır”, - diplomat dedi.

O xatırladıb ki, Cənubi Afrika daha əvvəl İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanı pozması ilə bağlı iddia qaldırıb. “Cənubi Afrika ümid edir ki, bu, İsrailin “qəzzalıları su, qida, dərman, sığınacaq, yanacaq və humanitar yardımla təmin etmək üçün” addımlar atmasına səbəb olacaq”, - deyə Molekane qeyd edib.

Onun sözlərinə görə, İsrail də "fələstinliləri öz evlərindən qovmağa" yönəlmiş hərəkətlərdən çəkinməlidir. Molekane: “Cənubi Afrika ümid edir ki, məhkəmə bu tədbirləri nəzərdən keçirib təsdiq edəcək”, - deyə bildirib.скачать dle 12.1