Bia.Az

Ukrayna Ali Radasında səfərbərliklə bağlı qanun layihəsindən bəzi müddəalar çıxarılacaq - Araxamia

Dünya
 13-01-2024, 11:31     184

“Qanun layihəsində “bir çox problemlər” var idi. Belə ki, komitə fərdi sahibkarlar üçün nəqliyyatın səfərbər edilməsinə və üçüncü qrup əlillərin hərbi xidmətə çağırılmasına qarşı çıxıb”.

Bizimyol.info xəbər verir ki, bunu “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamia Ali Radanın milli təhlükəsizlik və müdafiə üzrə ixtisaslaşmış komitəsi tərəfindən səfərbərlik haqqında hökumətin qanun layihəsinin hansı təkliflərinin rədd edildiyini açıqlayıb.
“Qanun layihəsində üçüncü qrup əlillik dərəcəsi olanlar, bədən orqanını itirmişlər, yaxud vərəmə yoluxanlar varın səfərbərliyə cəlb olunması nəzərdə tutulur, orduda belələri nəyə gərək olacaq? Onlar orduya nə üçün çağırılırlar” - deyə Araxamia qeyd edib.

O, iddia edir ki, xalq deputatları elektron poçtla çağırış vərəqələrinin göndərilməsinin qəti əleyhinə olublar: "Çağırış vərəqəsi göndərildikdən sonra yayınma üçün cinayət məsuliyyəti necə başlayır, baxmayaraq ki, şəxsin elektron göndəriş barədə məlumat əldə etmək üçün sadəcə internetə çıxışı olmaya bilər", - deyib.

Araxamia komitənin "cəmiyyəti o qədər də narahat etməyəcək və əsas vəzifəsini - səfərbərliyi" yerinə yetirəcək bir qanun layihəsi hazırlamaq tapşırığı ilə hökumətə qaytardığını söyləyib.

Onun sözlərinə görə, yenidən işlənmiş qanun layihəsinin təqdim edilmə vaxtı müzakirə olunmayıb. “Xalq deputatları istənilən vaxt, gecə-gündüz demədən görüşməyə hazırdırlar və hamımız normal layihəyə səs verəcəyik, sadəcə olaraq bizə yüksək keyfiyyətli sənəd verin”, - deyə qeyd edib.

“Mənə elə gəlir ki, qanun layihəsinin müzakirəsində iştirak edən müdafiə naziri Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bizi diqqətlə dinlədilər. Biz də onları eşitdik, çünki onlar israrla harada xidmət sahələrində hərbçi çatışmadığı və hansı insanlara ehtiyacları olduğu barədə hərtərəfli izahat verməyə çalışırdılar. Biz bu müzakirələrdə tədris mərkəzlərində təlimin səviyyəsinin yüksəldilməsinə çox diqqət yetirdik”, - deyə o əlavə edib.

Yanvarın 11-də Nazirlər Kabineti səfərbərlik haqqında qalmaqallı qanun layihəsini geri götürüb. Hökumətin qanun layihəsinin bir sıra müddəaları, xüsusən də elektron çağırış vərəqələrinin verilməsi, sahibkarlardan avtomobillərin müsadirə edilməsi, üçüncü qrup əlillərin hərbi xidmətə çağırılmasının mümkünlüyü ilə bağlı bəndlər cəmiyyətdə müzakirələrə səbəb olub.

Prezident Aparatında qeyd edib ki, bu qanun istənilən halda qəbul ediləcək.скачать dle 12.1