Bia.Az

2023-cü il onmünlərlə texnologiya işçisi işini itirib

Dünya
 11-01-2024, 14:10     138

Ötən il texnologiya sektorunda çalışanlar üçün yaxşı il olmayıb.


Bizimyol.info xəbər verir ki, bir çox nəhəng şirkət xərclərin artması səbəbləri ilə bağlı minlərlə işçini ixtisar edirdi.

Məsələn, bu gün "Twitch", ümumi işçilərinin 35%-nə bərabər olan 500 nəfəri işdən çıxaracağını açıqlayıb. Eyni zamanda, dünən “Unity!”dən belə bir addımın atılacağı xəbəri gəlib. İndi belə hərəkətin başqa şirkətlər tərəfindən də gələcəyi məlum olub. “The Information”ın əldə etdiyi məlumata görə, “Amazon” növbəti dəfə çoxlu sayda işçisini işdən çıxaracaq.

Yüzlərlə "Prime Video" və "MGM" işçisi işdən çıxarılacaq

Alınan məlumata görə, “Amazon”un yeni işdən çıxarma addımı şirkətin film, serial platforması “Prime Video” və 2022-ci ildə 8,5 milyard dollara satın alınan “MGM” kinostudiyasında da atılacaq. Nə qədər adamın ixtisar ediləcəyi bəlli olmasa da, daxil olan məlumatlarda “yüzlərlə” insanın ixtisar ediləcəyi bildirilir.

Xəbərin yayılmasına şirkət rəhbəri Mayk Hopkinsin göndərdiyi elektron məktub səbəb olub. Mesajda şirkətin ən təsirli məhsullarına sərmayələri artırarkən bəzi digər sahələrdə investisiyaları azaltmaq və ya dayandırmaq istədiyi, buna görə də işçi qüvvəsinin azaldıldığı ifadə edilib.

“Amazon” bu gün ABŞ-dakı işçilərinə e-poçt göndərməyə başlayıb. Bildirilib ki, digər bölgələrdə olanlara həftə sonuna qədər məlumat veriləcək. “Yüzlərlə” deyilsə də, hələlik konkret neçə nəfərin ixtisar ediləcəyi məlum deyil. Şirkət işdən çıxarılanlara təzminat və karyera keçidi dəstəyi kimi şeylər təklif edəcək.

“Amazon” 2023-cü ildə 27 min işçisini işdən çıxarıb

Texnologiya nəhəngi  “Amazon”da bu cür hərəkətlər ilk dəfə müşahidə edilir. Şirkət 2023-cü ildə 18 min nəfəri, daha sonra 9 min nəfəri, yəni ümumilikdə 27 min işçisini işdən çıxarıb. Bu, onun keçən il ən çox ixtisar həyata keçirən şirkət olmasına səbəb oldu.скачать dle 12.1