Bia.Az

BMT-də ABŞ-ın Qırmızı dənizdə gəmilərə hücumları pisləyən qətnaməsi qəbul edilib

Dünya
 11-01-2024, 12:33     134

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası çərşənbə günü Yəmən husi üsyançılarının Qırmızı dənizdə hücumlarını pisləyən ABŞ qətnamə layihəsini qəbul edib.

Bizimyol.info xəbər verir ki, Təhlükəsizlik Şurasının 11 üzvü sənədin lehinə səs verib, 4 ölkə, o cümlədən Rusiya, Çin və Əlcəzair bitərəf qalıb.
Əvvəllər Rusiya qətnamənin mətninə Qırmızı dənizdə vəziyyətin gərginləşməsinə səbəb kimi Fələstin-İsrail münaqişəsinin göstərilməsi də daxil olmaqla üç düzəliş təklif etsə də, Təhlükəsizlik Şurası onları rədd edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya səsvermədən əvvəl deyib ki, Qırmızı dənizdəki hazırkı vəziyyətin “əsas səbəbi” Qəzzada gərginliyin artmasıdır: “Qətnamədə bunu qeyd etmədən səbəb-nəticə əlaqəsi pozulacaq və baş verənlərin ümumi konteksti təhrif ediləcək”, - deyə rusiyalı diplomat vurğulayıb.
Birləşmiş Ştatlar və Yaponiya tərəfindən təklif olunan sənəd 11 bənddən ibarətdir və Husilərin 2023-cü ilin Noyabr ayından bəri ticarət gəmilərinə hücumlarını “qətiyyətlə pisləyir”, həmçinin hücumların dərhal dayandırılması çağırışını ehtiva edir. Bundan əlavə, qətnamə layihəsində BMT-yə üzv ölkələrin “beynəlxalq hüquqa uyğun olaraq öz gəmilərini, o cümlədən gəmiçilik hüquq və azadlıqlarını təhdid edən hücumlardan qorumaq hüququ” qeyd edilib. Sənəddə həmçinin husilərə silah tədarükü pislənir və “husilərin növbəti hücumlar həyata keçirmək üçün lazım olan vəsaiti əldə etmələrinin qarşısını almaq üçün əlavə aktiv praktiki əməkdaşlığa” çağırılır. Bundan əlavə, qətnamə layihəsi BMT-nin baş katibinin Qırmızı dənizdə husilərin hücumları ilə bağlı Təhlükəsizlik Şurasına aylıq hesabat göndərməsini tələb edir.
Rusiya “reqional gərginliyi artıran münaqişələr də daxil olmaqla, kök səbəblərin həllinin” zəruriliyinə işarə edən paraqrafa “xüsusən də Qəzza zolağındakı münaqişə” sözlərini əlavə etməyi təklif edib. Bundan əlavə, təklif olunan layihənin preambulasında vurğulanır ki, “bu qətnamənin bütün müddəaları presedentlər və ya beynəlxalq hüququn yeni normalarını müəyyən etmək kimi qəbul edilməməlidir”.скачать dle 12.1