Bia.Az

İsraildə Netanyahu ilə Blinken arasında danışıqlar başlayıb

Dünya
 9-01-2024, 15:36     242

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə İsrail Müdafiə Nazirliyi kompleksində ABŞ dövlət katibi Antoni Blinkenlə təkbətək danışıqlara başlayıb, bundan sonra ölkənin dar çərçivəli hərbi-siyasi kabinet qurumlarının, nazirlərin iştirakı ilə geniş tərkibdə görüş planlaşdırılır.


Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Baş nazirin kabinetindən verilən məlumatda bildirilib.

“Baş nazir Benyamin Netanyahu Təl-Əvivdəki Kiriya kompleksində (Müdafiə Nazirliyinin binası) ABŞ dövlət katibi Antoni Blinkenlə qapalı görüş keçirib. Daha sonra Blinkenlə dar çərçivəli hərbi-siyasi kabinet üzvlərinin iştirakı ilə geniş tərkibdə iclas keçiriləcək”, - deyə bəyanatda qeyd edilir.

Yanvarın 4-də Blinken İsrail, Türkiyə və ərəb ölkələrinə səfərləri əhatə edən Yaxın Şərq turuna çıxıb. 2023-cü ilin dekabrında "Axios" portalı mənbələrə istinadən bu barədə məlumat yayıb. Bildirilir ki, Amerika diplomatiyasının rəhbəri yanvarın ilk həftəsinin sonunda İordan çayının qərb sahilində, eləcə də İsrail, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəsmiləri ilə Yaxın Şərq münaqişəsinin həllini müzakirə etmək niyyətindədir.скачать dle 12.1