Bia.Az

Prezident elan etdi: bu ölkədə rekord miqdarda kokain...

Dünya
 6-01-2024, 01:31     292

Boliviyanın hüquq-mühafizə orqanları ölkə tarixində ən böyük miqdarda - 8,7 ton kokaini müsadirə edib.

Axar.az xəbər verir ki, bu barədə Boliviya Prezidenti Luis Arse X sosial şəbəkə hesabında məlumat verib.

“Biz Boliviya xalqına və beynəlxalq ictimaiyyətə bildiririk ki, Niderlanda göndəriləcək 8,7 ton kokaini müsadirə etdik”, - dövlət başçısı yazıb.

Onun qeyd etdiyinə görə, bu, Boliviya tarixində ən böyük narkotik müsadirəsidir.

Boliviya Prezidentinin sözlərinə görə, ələ keçirilən yükün dəyəri 526 milyon dollar qiymətləndirilir.скачать dle 12.1