Bia.Az

Polşalı nazir Qərb dövlətlərini Ukraynaya uzaqmənzilli raketlər verməyə çağırıb

Dünya
 3-01-2024, 14:48     123

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya hərbçilərinin Belqorod mərkəzini atəşə tutması iddiası ilə Ukraynanın yaşayış məntəqələri və mülki obyektlərinə silsilə cavab zərbələri endirməsindən sonra Qərb ölkələrini Rusiya ərazisinə cavab zərbələri vurmaq üçün Ukraynaya uzaqmənzilli raketlər verməyə çağırıb.


Bizimyol.info xəbər verir ki, Sikorskinin "X" (keçmiş "Twitter") səhifəsində yazdığı kimi, Qərb ölkələri Ukraynaya qarşı son hücuma cavab olaraq Rusiyaya tətbiq edilən sanksiyaları sərtləşdirməli və Kiyevi buraxılış məntəqələrini və komanda mərkəzlərini məhv etməyə imkan verəcək uzun mənzilli raketlərlə təmin etməlidir.

Rusiya həbçiləri iddia edirlər ki, 30 dekabr 2023-cü ildə Ukrayna Silahlı Qüvvələri iki kasetli raket və Çexiya istehsalı olan "MLRS" mərmilərindən istifadə edərək Belqorodun mərkəzini atəşə tutub. Son məlumatlara görə, 5-i uşaq olmaqla 25 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
Dekabrın 31-də günortadan sonra Rusiya Müdafiə Nazirliyi "cavab zərbəsi" endirdiyini elan edib, nəticədə Xarkovda "qərar vermə mərkəzləri və hərbi obyektlər vurulub". Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “düşmən xeyli itki verib”, o cümlədən Ukrayna hərbçilərinin Donetskə qarşı istifadə etməyi planlaşdırdığı "HİMARS" sistemlərinin ikisi məhv edilib.

Ukrayna rəsmiləri isə Rusların yaşayış məntəqələrini və xüsusilə  paytaxt Kiyev də daxil olmaqla iri şəhərləri hədəf seçdiklərini bildirirlər. Rusiyanın "Kinjal" raketləri və "Şahed" PUA-ları ilə etdiyi hücum zamanı əksəriyyəti Ukrayna Silahlı Qüvvələrinin  hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulsa da, düşən raketlər, eləcə də vurulan hücum vasitələrinin qalıqları mülki əhaliyə ciddi ziyan vurub, ölənlər və yaralılar var.скачать dle 12.1