Bia.Az

Yaponiya bu silahları ixrac edəcək - Qadağaya son qoyuldu

Dünya
 23-12-2023, 23:50     298

Yaponiya hakimiyyəti hərbi xərcləri əhəmiyyətli dərəcədə artırıb və öldürücü silahların ixracına qoyulan qadağanı aradan qaldırıb.

Teleqraf.com "Fox News"-a istinadən xəbər verir ki, bunu baş nazir Fumio Kişida deyib.

Yaponiya hökuməti müdafiə xərclərini 16% artırmaq və İkinci Dünya Müharibəsindən bəri silah ixracına qoyulmuş qadağanı ləğv etmək qərarına gəlib.

"Biz qanunun aliliyinə əsaslanan azad və açıq beynəlxalq nizamın qorunmasına və Hind-Sakit okean regionunda sülh və sabitliyin əldə edilməsinə töhfə verməyə ümid edirik" - deyə nazir bildirib.скачать dle 12.1