Bia.Az

Priqojinin qiyamı, Avropa mediasının iddiası, Peskovun şərhi

Dünya
 25-07-2023, 19:02     257

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “The Washington Post” qəzetinə verdiyi şərhdə, bəzi Avropa ölkələrinin kəşfiyyat və təhlükəsizlik xidmətlərinin "Vaqner" özəl hərbi şirkətin qiyam  cəhdi ilə bağlı vəziyyəti və Rusiya hakimiyyətinin iddia edilən hərəkətsizliyi ilə bağlı qiymətləndirmələri “sayıqlama” adlandırıb.

Musavat.com-un verdiyi xəbərə görə, “The Washington Post” qəzeti kəşfiyyat xidmətlərinin qiymətləndirməsinə istinadən belə bir material dərc edib ki, Rusiya təhlükəsizlik xidmətləri guya iki-üç gün əvvəl “Vaqner”in yaradıcısı Yevgeni Priqojinin Rusiya Federasiyasının prezidenti Vladimir Putinə qarşı qiyam edəcəyi barədə xəbərdarlıq edib. Bundan sonra Kremlin də daxil olduğu bir neçə strateji obyektin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində addımlar atılıb, lakin bundan başqa heç bir tədbir görülməyib.


Peskov isə "The Washington Post” qəzetinə şərhində “heç bir məlumatı olmayan insanlar” tərəfindən yayılan kəşfiyyat dəyərləndirmələrini “sayıqlama" hesab etdiyini deyib.скачать dle 12.1