"Proses davam edir,...-"Sinan Oğanla fərqli düşünürük"

Zəfər Partiyasının sədri Ümit Özdağ mayın 28-də keçiriləcək seçkilərin ikinci turu ilə bağlı partiyasının artıq qərar verdiyini deyib.
Yenixeber.org: Ümit Özdağ qərarın sabah açıqlanacağını bildirib.
"Bildiyiniz kimi, bir proses gedir. Olduqca məsafə qət etsək də, Kılıçdaroğlu ilə bu axşam yenə görüşəcəyik. Qərarımızı sabah saat 11-də açıqlayacağıq. Proses davam edir, qərarımız hələ dəqiqləşməyib. Sinan Oğanla fərqli düşünürük".