Bia.Az

Zaxarovadan Paşinyana: Xəyal qurma!

Dünya
 16-03-2023, 19:57     25

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında Rusiyanın bütün öhdəlikləri aydın şəkildə ifadə olunub.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının Qarabağ əhalisinin və mülki infrastrukturun təhlükəsizliyində qarant rolunu öz üzərinə götürməsi ilə bağlı son bəyanatlarını şərh edərkən deyib.


"Mənə elə gəlir ki, xəyal qurmağa çalışmaq lazım deyil. Ölkəmizin bütün öhdəlikləri Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında aydın şəkildə ifadə olunub. Sadəcə olaraq, bu sənədi açın və görün ki, bizim ölkəmiz hansı öhdəlikləri daşıyır və Rusiya sülhməramlıları gərginliyin qarşısını almaq, vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər", - o deyib.скачать dle 12.1