Bia.Az

TƏCİLİ! Müharibənin yeni ünvanı BƏLLİ OLDU - Ukrayna buna hazırlaşır

Dünya
 25-02-2023, 16:00     222

Rusiya müharibənin yeni cəbhəsini dünyaya elan edib.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi heç bir sübut təqdim etmədən Ukrayna qoşunlarının Dnestryanı ərazini işğal edəcəyini iddia edib.

Ukrayna əsgərlərinin Moldova ilə sərhəddə cəmləşdiyinə işarə edən Moskva buna ən uyğun cavabın veriləcəyini bildirib.

Moldova da son həftələrdə Rusiyanın hakimiyyəti ələ keçirməyə hazırlaşdığı barədə xəbərdarlıq edib. Hökumət rəsmiləri Kremlin iddialarını müharibənin bir hissəsi kimi həyata keçirilən “psixoloji əməliyyat” kimi qiymətləndirib.

63f84c2f4e3fe025c8b90e33.jpg (104 KB)
"Müdafiə Nazirliyi hesab edir ki, bu, real plandan daha çox psixoloji əməliyyatın bir hissəsidir", - Moldovanın dövlət naziri Valeriu Mija deyib.
Moldova prezidenti Sandu Rumıniyaya səfəri zamanı təhlükəsizlik məsələlərindən danışıb. “Bəziləri ölkəmizin yıxılmasını və paytaxt Kişinyovda Kremlin maraqlarının əsarətində olan marionet hökumətin qurulmasını istəyir”, - Sandu bildirib.
Qeyd edək ki, Moldova NATO-ya üzv deyil. Lakin o, ötən ilin iyununda Ukrayna ilə eyni gündə Avropa İttifaqına namizəd statusunu qazanıb. Moldova lideri ötən həftə ölkəsinin müstəqilliyini dəstəkləməyə söz verən ABŞ prezidenti Co Baydenlə görüşüb.
63f84c454e3fe025c8b90e35.jpg (152 KB)
2,6 milyon əhalisi olan Moldova Avropanın ən kasıb ölkələrindən biridir. Ukraynadakı müharibə də ölkəyə çox təsir edir.
Rusiyanın ölkəyə qaz axınını məhdudlaşdırması səbəbindən enerji baxımından böyük problemlər yaşayan Kişinyov rəhbərliyi Ukraynanın enerji obyektlərinin vurulması ilə də bu baxımdan ciddi sıxıntılarla üzləşib.
İnflyasiyanın çox yüksək həddə çatması ilə yanaşı, Ukraynadan kütləvi qaçqın axını ölkəyə daha böyük təzyiqlər yaradıb.скачать dle 12.1