Bia.Az

Əgər Rusiya məğlub olsa... – Sensasion bəyanat

Dünya
 6-02-2023, 16:06     162

Rusiyanın Qərblə qarşıdurmada uduzması postsovet məkanında hamının hamıya qarşı müharibəsinə gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının tədqiqat proqramları üzrə direktor müavini, politoloq Dmitri Suslov deyib.

“Rusiya-Qərb qarşıdurması hibrid müharibə formasına keçib. Qərbin Rusiyaya qarşı bu müharibəsində məqsəd ona strateji məğlubiyyət vermək və onu böyük dövlətlərin sırasından çıxarmaqdır. Ukrayna bu qarşıdurmada bu siyasi tapşırığın həyata keçirilməsi üçün vasitələrdən yalnız biridir. Bəli, Rusiyanın məğlubiyyəti onun beynəlxalq arenada, postsovet məkanında nüfuzunun dağılmasına, hətta ola bilsin ki, ölkənin süqutuna belə gətirib çıxaracaq. Sonra da postsovet məkanında hamıya qarşı müharibə olacaq. Qərb bu məkanda heç bir sabitlik yaratmayacaq. Çünki onlar ilk növbədə Rusiyanı zəiflətməkdə maraqlıdır, nəinki postsovet məkanını böyütməkdə”, - o bildirib.скачать dle 12.1