Bia.Az

Poroşenko Ərdoğandan danışdı: Əgər o olmasaydı...

Dünya
 13-11-2022, 12:16     174

Türkiyə olmasaydı, Ukraynada daha ağır vəziyyət yaranardı.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko CNN-ə açıqlamasında deyib.

“Ərdoğan təşəbbüsü öz üzərinə götürdü və Putinə “yox” deməyi bacardı. Bildirdi ki, hətta Rusiyanın sazişdən çıxmasına baxmayaraq, Türkiyə hərbi gəmiləri Ukraynanın taxıl daşıyan yük gəmilərini müşayiət edəcək. Türkiyə olmasaydı, Ukraynada daha ağır vəziyyət yaranardı”, - o bildirib.скачать dle 12.1