Bia.Az

“Dəcəl” məktəblilər üçün cəza qaydaları: Nə qədər effektiv olacaq?

Cəmiyyət
 21-10-2022, 01:18     188

“Düşünürəm ki, bu qaydaların tətbiq olunması ilə bir növ məktəb daxili nizam-intizam qaydalarına şagird-müəllim münasibətlərinin etik kodekslər çərçivəsində düzgün qurulmasında faydalı olacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndi şagirdlərin məktəbdaxili nizam-intizam qaydalarının tətbiq edilməsinə münasibət olaraq bildirib.

Ekspertin sözlərinə görə, bu mexanizmə həm də ciddi şəkildə nəzarət lazımdır:

“Bu qaydaların əməl olunmasına ciddi şəkildə nəzarət lazımdır. Çünki sui-istifadə edərək qərarı dəyişdirməyə çalışan, cəza tədbirlərinə qarşı gələn valideynlər olacaq ki, bu zaman müəllimlər həmin müdaxilələri düzgün şəkildə idarə etməlidir. Bu gün 4440-dan çox məktəb fəaliyyət göstərir ki, bunun 1 milyon 600 mindən çox şagird təhsil alır. Nəzərə alsaq ki, bu uşaqların hər birinin müxtəlif psixologiyası var və müxtəlif ailələrdən gəlirlər.

Onların təlim-tərbiyə məsələsi ilk olaraq ailədən başlayır. Lakin paralel olaraq məktəbdə də bu işlər üzrə məsul olanlar müəllimlərdir.

Bəzi məsələlərə göz yumduqca o böyüyür daha da problemli hala çevirilir. Sözügedən qərarların qəbul olması və düzgün şəkildə icrası qismən də olsa hazırki məktəb-şagird münasibətlərinə düzgün istiqamət verəcək”, - deyə E.Əfəndi bildirib.
Qeyd edək ki, ötən gün Elm və Təhsil Nazirliyi məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlərlə bağlı məlumat açıqlayıb. Bildirilib ki, bu zaman şagirdlərin davranış səviyyələri nəzərə alınacaq. 

Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər bunlardır:

- müəllim baxışı, qeyri-verbal münasibət

- şagirdlərlə sakit söhbət

- xəbərdarlıq

- uzaqlaşdırma

- valideyn ilə əlaqə saxlamaq

- dərsdən sonra şagirdin məktəbdə saxlanması

- psixoloqa yönləndirmə

- sarı xəbərdarlıq məktubu

- narıncı xəbərdarlıq

- qırmızı xəbərdarlıq.

BİA.az
скачать dle 12.1