Bia.Az

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Cəmiyyət
 20-05-2022, 14:27     281

Bir neçə ay əvvəl Qaradağ rayon Müşfiqabad qəsəbəsində "DogruXeber.az" informasiya portalının rəhbəri Kamal Əsgərovun müvəqqəti istifadəsində olan - şəxsi məişət əşyalarını və digər qiymətli avadanlıqlarını yığdığı anbardan oğurluq olduğu barəsində məlumat yayımlamışdıq. Təkrar qeyd edirik ki, bu hadisədə jurnalistə külli miqdarda maddi ziyan dəymişdir.

Hadisə ilə bağlı dərhal polisə məlumat verilsə də oğruları yaxalamaq bir müddət mümkün olmadı. Hətta, qeyd edək ki, Kamal Əsgərovun məişət əşyaları və digər qiymətli avadanlıqlarını yığdığı anbarda baş verən oğurluq hadisəsindən qısa müddət sonra, həmin yerə yaxın ərazidə daha iki mənzildən oğurluq edildi. Təqribən bir ay əvvəl axırıncı oğurluq olan mənzilin sahibi özü isti izlərlə araşdırma aparıb, qonşuda quraşdırılmış nəzarət kameralarından oğruların evdən oğurladıqları əşyaların yükləndiyi avtomobilin görüntülərini əldə edərək, sözügedən ərazi üzrə sahə müvəkkili Faiq Bağırova təhvil verib. Budan sonra həmin avtomobilin taksi olduğu müəyyən edilib və taksi sürücüsü polis tərəfindən saxlanılıb. Sürücü polis bölməsində dindirildikdən sonra, oğurlanan əşyaların satıldığı obyekt və hadisəni törədən şəxslərin kimliyi müəyyənləşib. Sahə müvəkkili Faiq Bağırovla "Çevik Polis Alayı"nın əməkdaşı Qədir Qəmbərov dərhal, operativ əməliyyat keçirib, həmin cinayətkarları yaxalayıb və Qaradağ rayon 10-cu polis bölməsinə təhvil veriblər.

Cəmiyyət bu hallardan çox narahatdır

Artıq, iki aya yaxln müddətdir ki, gedişat barəsində heç bir məlumat yoxdur.

Jurnalist Kamal Əsgərov tədqiqatçı Əlizamin bəylə telefon əlaqəsi saxlayıb, gedişat barəsində məlumat almaq istədi. Lakin, Elizamin bəy bildirdi ki, "Sizin işinizlə bağlı materialları artıq, Qaradağ rayon prokurorluğuna göndərmişəm".

Qeyd edək ki, Kamal Əsgərova məxsus xeyli sayda məişət əşyaları və digər qiymətli avadanlıqların oğurlanması hadisəsindən sonra ətraf ərazidə törədilən oğurluq hadisələri ilə bağlı işlər Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsində, müstəntiq Azər bəyin icraatındadır.

Maraqlıdır, bir qrup cinayətkarın törətdiyi cinayət əməlinə (oğurluq) Qaradağ rayon polis idarəsində baxıldığı halda, eyni cinayətkarların külli miqdarda maddi ziyan vurduğu jurnalist Kamal Əsgərovun şikayəti hansı səbəblərə görə prokurorluğa göndərilib?!

Qaradağ rayon Polis İdarəsinin şikayətçilər arasında ayrı-seçkilik salması bizim üçün də müəmmalıdır.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


BİA.AZ
скачать dle 12.1