Bia.Az

Nizami Gəncəvinin “Yeddi gözəl”i İspaniyada nəşr olundu

Cəmiyyət
 25-11-2021, 09:31     27

Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi ili” ilə əlaqədar dahi şairin “Yeddi gözəl” poeması İspaniyada işıq üzü görüb.

İlk dəfə Madriddə 2000-ci ildə işıq üzü görmüş kitab Nizami Gəncəvini İspaniyanın oxucu auditoriyasına “fars şairi” kimi təqdim edən ön sözlə nəşr olunmuşdu. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin müəllifinin dahi Azərbaycan şairi olduğunu elmi dəlillər və sənədli faktlarla təsdiq edən yeni nəşrinə nail olunub.

Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifi tanınmış ispan mütərcimi Karmen Linares, ön sözünün müəllifi görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.

Orijinal illüstrasiyalarla nəfis tərtibatda nəşr edilmiş kitabın yaxın günlərdə Madridin mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat mərasimlərində elmi-ədəbi ictimaiyyətə təqdim ediləcəyi gözlənir.скачать dle 12.1