Yaxın ölkələrin koronavirus itkiləri
2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən yeni növ koronavirus infeksiyası 206 ölkə, ərazi və məkanda 2,9 milyondan çox adamın ölümünə gətirib. Novator.az beynəlxalq statistika təqdim edən Worldometers.info portalına istinadla bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 103263 nəfər.
İranda 64764, Ukraynada 37758, Türkiyədə 34182 koronavirus xəstəsi dünyasını dəyişib.
Digər yaxın ölkələr belə sıralanır:
Moldova – 5409 ölüm
Gürcüstan – 3883
Ermənistan – 3753
Litva – 3697
Qazaxıstan – 3260
Belarus – 2363
Latviya – 1990
Qırğızıstan – 1532
Estoniya – 1037
Özbəkistan – 634
Tacikistan – 90.
Son rəsmi hesabata görə, Azərbaycanda koronavirus qurbanlarının ümumi sayı 3944 nəfərə çatıb.
İnfeksiyaya ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. Həmin il 2641 xəstə həyatını itirib.
2021-ci ilin yanvarında 491 itki, fevralında 88 itki, martında 347 itki, aprelində 377 itki olub.