Bia.Az

SON DƏQİQƏ: Gürcüstan Ermənistanla sərhədləri BAĞLADI - Giriş-çıxış QADAĞAN EDİLDİ

Cəmiyyət
 13-01-2021, 12:38     87

Gürcüstan Ermənistan vətəndaşlarına ölkəyə girişi qadağan edib.

BİA.AZ Publika.az-a istinadla xəbər verir ki, yalnız 72 saat əvvəl PZR testi (polimer zəncirvari reaksiya) neqativ nəticə göstərən şəxslərin ölkəyə girişinə icazə verilir.

Əvvəllər bu tələb yalnız hava sərhəd keçid məntəqələrində tətbiq olunurdusa, indi quru sərhədinin keçid məntəqələrində də neqativ test nəticəsi tələb edilir.

Qayda Gürcüstan vasitəsilə Ermənistana keçmək istəyənlərə də aiddir.

Bu məlumat yayımlandıqdan sonra bir çox Gürcüstan vətəndaşı ölkəni tərk edib-etməyəcəyini öyrənmək üçün sərhəd xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Gürcüstan göstərilən ölkələrlə sərhədi açana qədər vətəndaşlar nə Ermənistanla, nə də Rusiya ilə sərhədi keçə bilər: “Gürcüstan hələ bu ölkələrlə sərhədlərini açmayıb. İstisna olaraq sərhəddən keçmələrinə icazə verilə bilər. Bir halda ki, Ermənistana getmək üçün Gürcüstandakı Ermənistan səfirliyinə və Rusiyaya getmək üçün Rusiya nümayəndəliyinə müraciət olunmalıdır”.скачать dle 12.1