Bia.Az

Peyğəmbərimiz, onu dəvət edən bir insanın evində niyə yemək yemədi?

Cəmiyyət
 27-12-2020, 20:07     482

"Biz (dini qəbul etməyib) dünya həyatını və onun zinət və bəzəyini istəyənlərin (gözəl rəftarları, pul xərcləmələri, ixtiraları və müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud İlahi bəxşiş olmasından asılı olmayaraq) dünyada kamil surətdə onlara verərik və dünyada onlardan əsla bir şey kəsilməz". ("Hud" 15).

Həmçinin başqa ayəsində buyurur: "Kim axirət əkini istəsə (axirət məhsulu üçün əməl toxumu əksə) onun əkinini artırarıq (lütfkarlıqla ona ədalətli dəyərin ən azı on bərabərini verərik) və kim dünya əkini istəsə (əməli dünya məqsədi ilə etsə, Biz Öz yazımıza əsasən) ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır". ("Şura" 20).

"Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir". ("Tövbə" 55).
Bu ayələrdən belə nəticəyə gəlmək olur ki, Allah bu tez keçən dünyada mömin bəndələrini imtahana çəkər ki, onlara axirətdə böyük mükafatlar versin.

Allah Təala bununla bağlı Qurani-Kərimdə buyurur: "Sizi mütləq (boynunuza dini vəzifələr qoymaqla) sınayacağıq ki, mücahidlərinizi və səbirlilərinizi bilək (Bizim əzəli elmimiz xarici gerçəkliklə üst-üstə düşsün) və sizin xəbərlərinizi (əməlləriniz barəsindəki məlumatları) araşdıraq". ("Muhəmməd (s)" 31).

Həzrət İmam Sadiq (ə) nəql edir: "Peyğəmbəri (s) yemək üçün dəvət edirlər. Qonaq çağırılan evə çatanda görür ki, bir toyuq yumurta qoyur. Bu yumurta düşür və bir mıxın üzərində dayanır. Nə yerə düşür və nə də sınır.

Həzrət (s) bu mənzərədən heyrətlənir. Və həmin kişi Həzrətə (s) sual verir ki, "Yumurtaya görə təəccüblənirsiniz? Mən heç bir zaman bəla görməmişəm".

Həzrət (s) ayağa qalxır və onun yeməyini yeməmiş gedir. Buyurur: "Hər kim bəla görməzsə, Allahın ona ehtiyacı olmaz"".

Əlbəttə, İslam dini sərvət əldə etməyin əleyhinə deyildir. Əskinə buyurur ki, səy göstərin və halal ruzi qazanın və onu Allah yolunda xərcləyin. Söhbət tamahkarlıqdan, acgözlükdən, xəsislikdən, simizlikdən gedir. (Həvzəh)

"İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır". ("Tövbə" 20).

"Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb". ("Tövbə" 111).Milli.Azскачать dle 12.1