Bia.Az

"Votsap"a yeni rəhbər təyin olundu

Cəmiyyət
 Bu gün, 01:50     30

2026-cı il iyunun 22-də "Meta Platforms" şirkəti Hindistanın "CRED fintech" startapının təsisçisi Kunal Şahın "WhatsApp"ın qlobal rəhbəri vəzifəsinə təyin olunduğunu rəsmi şəkildə açıqlayıb.

Bakupost.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu kadr dəyişikliyi strateji əməkdaşlıq sazişi ilə müşayiət olunur.
Məlumata görə, "Meta" "CRED" şirkətinin səhmlərinin 20 faizini əldə etmək üçün 900 milyon dollar investisiya yatıracaq. Bu sövdələşmədən sonra şirkətin bazar dəyəri təxminən 4,5 milyard dollar olaraq qiymətləndirilir.

Kunal Şah yeni vəzifəsində yeddi il ərzində "WhatsApp"a rəhbərlik etmiş Uill Katkartı əvəz edəcək. Katkart isə "Meta"dan ayrılmayacaq və şirkətin süni intellekt məhsullarının hazırlanması ilə məşğul olan daxili laboratoriyalarına rəhbərlik edəcək.

"Meta"ya keçidi ilə əlaqədar Kunal Şah "CRED"in gündəlik idarəetməsindən uzaqlaşacaq, lakin şirkətdə əsas səhmdar statusunu qoruyub saxlayacaq.

Şirkət həmçinin bildirib ki, 900 milyon dollarlıq saziş çərçivəsində "Meta"nın "CRED" istifadəçilərinin məlumatlarına çıxışı olmayacaq.

Rəsmi açıqlamadan əvvəl məsələ ilə bağlı yayılan iddialar şərh edilməsə də, Kunal Şahın təyinatı və sövdələşmənin detalları "Bloomberg" və "Reuters" tərəfindən təsdiqlənib.
скачать dle 12.1